AZ

“Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi-xidmət göstərilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib.

 

Aksiya AR Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan MR Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

 

Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, gün ərzində müraciət edən xüsusi qayğıya ehtiyacı olan insanlara, şəhid və qazi ailələrinin üzvlərinə kardioloji, oftalmoloji, uroloji, endokrinoloji, cərrahi, ginekoloji, dermatoloji və s. xidmətlər göstərilib, ultrasəs müayinəsi edilib, pediatrlar və uşaq cərrahları tərəfindən uşaqlara müxtəlif növ tibbi prosedurlar həyata keçirilib.

 

Mərkəzi Gömrük Hospitalının həkimləri: ürək-damar cərrahı Rəşad Mahmudov, hospitalın rəisi-Baş həkim Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Radiologiya şöbəsinin rəisi Eldəniz Hüseynov, Ümumi cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu, Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, Radiologiya şöbəsinin şüa diaqnostikası üzrə həkimi Günay Əhmədova, uroloq Samir Ağalarov, endokrinoloq Naidə Novruzova, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, , otorinolarinqoloq Elvin Əzizov, oftalmoloq Aynurə Əliyeva, nevropatoloq Mənsumə Talıbova, dermatoveneroloq Sevinc Kərimova, travmatoloq-otoped Müseyib Əhmədov, psixiatr, t.ü.f.d., Dr.Gülay Məmmədzadə, pediatr-neonatoloq Minazər Abdullayeva, pediatr Şahnaz Zamanlı, terapevt Xumar Novruzova,  Radiologiya şöbəsinin həkim-rezidenti Leyla Abdullayeva, uzman kardioloq Rəna Mürşüdlü, Florence Nightingale Xəstəxanasının həkimləri:  uşaq kardioloqu Doğukan Aktaş, ginekoloq Kemine Uzel və terapevt Gülanə Muradova 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərini ətraflı müayinə edərək müalicələr təyin ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla