AZ

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Paşinyan:

Tbilisi, 7 may, AZƏRTAC

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır. Biz, düşmənçilik münasibətlərini sıfra endirməyə nail olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

Ölkəsinin Gürcüstan və İranla mehriban qonşuluq əlaqələrinin olduğunu vurğulayan Nikol Paşinyan deyib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşmalıdır.

“Gürcüstanla və İranla münasibətlərin dərinləşdirilməsi, Azərbaycanla və Türkiyə ilə düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin qurulması və regional inkişaf rəsmi İrəvanın mövqeyidir”, - deyə N.Paşinyan vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla